14 yanvar 2015 22:40
Qəbələnin planları dəyişdi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ”nin yoxlama oyunlarının vaxtında dəyişiklik baş verib. Azerisport.az xəbər verir ki, bu dəyişiklik qış hazırlıq prosesinin ikinci hissəsində baş tutmalı olan qarşılaşmalarla bağlıdır.
Həmin mərhələdə 3 sınaq matçına çıxacaq Roman Qriqorçukun komandası yanvarın 22, 25 və 29-da deyil, 23, 25 və 27-də gücünü sınayacaq.
Qeyd edək ki, “Qəbələ” yanvarın 28-də axşam saatlarında vətənə qayıdacaq.
