14 yanvar 2015 21:55
Qarabağ ingilis klubunun forvardı ilə müqavilə imzalamağa yaxındır
Azərbaycan çempionu "Qarabağ" bu gün yeni futbolçusuna qovuşa bilər. Azerisport.az xəbər verir ki, Ağdam klubu Şimali İrlandiya yığmasının və İngiltərənin "Norviç" klubunun hücumçusu Kayl Laffertini transfer edir.
Tərəflər artıq bu gün müqavilə imzalaya bilər.
Qeyd edək ki, Lafferti karyerası ərzində "Bernli" (İngiltərə), "Qlazqo Reyncers" (Şotlandiya), "Syon" (İsveçrə) və "Palermo" (İtaliya) kimi klublarda çıxış edib.
