14 yanvar 2015 21:50
Skibbe Muaremdən danışdı
Türkiyənin "Əskişəhərspor" klubunun baş məşqçisi Mixael Skibbe "Qarabağ"ın makedoniyalı müdafiəçisi Muarem Muaremi transfer edəcəkləri barədə xəbərlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Muarem yaxşı futbolçudur. O, komandamıza kömək edəcək. Biz onu izləyirdik və qərara gəldik ki, Muarem bizə lazımlı futbolçudur. Bu, bizim üçün vacib transfer olacaq. Müqavilənin detalları barədə danışa bilmərəm".
Skibbe "Qəbələ"yə qarşı keçirdikləri yoxlama oyunundan (3:1) da danışıb: "Hər iki komanda üçün yaxşı oyun alındı. Həm biz, həm də rəqibin qol vurmaq üçün şansları vardı. Amma uğur bizim tərəfimizdə oldu".
