14 yanvar 2015 21:45
Rəşad Sadıqov Prosineçki ilə görüşündən danışdı
Azərbaycan yığmasının və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov millimizin baş məşqçisi Robert Prosineçki ilə görüşündən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Faydalı görüş keçirdik. Bir sıra məsələləri müzakirə etdik. Hansı ki, onlar mənim üçün də vacib idi. Həmin məsələləri açıqlamayacağam. Prosineçki ilə görüşdən sonra məndə əlavə stimul yarandı. Onda bizim futbolçulara inam var. O, bizim yaxşı oynayacağımıza, nəticə qazanacağıma inanır. Bu, psixoloji cəhətdən bizim üçün çox vacibdir. Ümid edirəm ki, yığmamız onun rəhbərliyi altında müsbət nəticələr qazanacaq".
