14 yanvar 2015 21:35
Qurban Qurbanov: Milli ilə əməkdaşlığa həmişə hazıram
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin çalışdırıcısı Robert Prosineçki ilə görüşündən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Prosineçki ilə görüşmək xoş oldu. O, bildirdi ki, hər bir futbolçu ilə maraqlanır. İmkan daxilində komandalarımızın Türkiyədəki bütün oyunlarını izləməyə çalışacaq. Öz tərəfimdən yalnız onu deyə bilərəm ki, yığmamızla əməkdaşlığa həmişə hazıram".
