14 yanvar 2015 21:30
Roman Qriqorçuk: Rəqibləri izləmirik, çünki öz işimiz yetərincədir
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Antalya toplanışını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"İşimizi davam etdiririk. Bu gün yaxşı məşq keçdik. Rəqiblərimizi hələ izləmirik. Çünki öz işimiz kifayət qədər çoxdur. Azərbaycan yığmasının məşqçilərinin hazırlıq prosesimizi izləməsi kifayət qədər normaldır. Biz onlarla fikir mübadiləsinə, hər cür məlumat verməyə hazırıq. Ukrayna çempionatındakı futbolçuları yaxşı tanıyıram. Hazırda bu bazarla işimizi davam etdiririk. Zaman azdır. Ona görə də aldığımız futbolçularla bağlı risk etmək istəmirik".
