14 yanvar 2015 21:25

Prosineçki: Emil Balayev millidə əsas qapıçı olmaq üçün Ayntraxtda özünü göstərməlidir

Bu gün Azərbaycan yığmasının baş məşqçisi Robert Prosinekinin Türkiyədə "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovla, eləcə də Ağdam klubunun və millimizin kapitanı Rəşad Sadıqovla görüşü baş tutub. Xorvatiyalı mütəxəssis görüşdən sonra azerisport.az saytına bəzi açıqlamalar verib:

"Mənim bu görüşlərdən müsbət təəssüratlarım var. Xüsusilə də Rəşad Sadıqovla görüşdən. Ondan və liderlik keyfiyyətlərindən öncə də xəbərim vardı. Qurban Qurbanovu isə Sent-Etyendə görmüşdüm. Amma həmin vaxt ətraflı söhbət üçün imkanımız olmamışdı".

Prosineçki yığmamızın Antalya toplanışı zamanı Litva ilə yoxlama oyunu keçirəcəyi barədə xəbərə də münasibət bildirib: "Litva ilə yoxlama oyunu? Bu, belə deyil. Biz hələ fevral toplanışı zamanı hansı komanda ilə qarşılaşacağımızı müəyyənləşdirməmişik. Özümüz bunu nə vaxt dəqiqləşdirsək, onda da sizə məlumat verəcəyik".

Xorvat mütəxəssis şəxsən izlədiyi "Neftçi"nin "Hajer"lə oyunu (3:1) barədə də danışıb: "Bu, "Neftçi"nin toplanış çərçivəsindəki ilk oyunu idi. Belə havada pis oyun sərgiləmədilər. Yanvarın 24-dək burada olacağam. Bizim komandaların daha çox oyununu izləməyə çalışacağam. Klubların baş məşqçiləri icazə versə, onların məşqlərinə də baş çəkmək fikrim var. Futbolçularla da şəxsi görüşlər keçirmək istəyirəm".

Millimizin baş məşqçisi Almaniyanın "Ayntraxt" klubuna transfer olunan qapıçı Emil Balayev barədə də fikirlərini dilə gətirib: "Balayevə Almaniyada çox çətin olacaq. Amma mən ona ümidliyəm. Yığmanın Səlahət Ağayev və Kamran Ağayev kimi qapıçıları da var. Emilin yığmada əsas qapıçı olması üçün Almaniyada özünü yaxşı tərəfdən göstərməsi lazımdır. Amma bu, çox çətin olacaq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.