14 yanvar 2015 21:05
Muarem bu gün Qarabağı tərk edəcək
"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem bu gün komandanın düşərgəsini tərk edəcək. Azerisport.az xəbər verir ki, makedoniyalı yarımmüdafiəçi Türkiyənin "Əskişəhərspor" klubunun düşərgəsinə yollanacaq.
"Qarabağ" kimi Antalyada məskunlaşan Əskişəhər klubu Muaremi almaq üçün Ağdam təmsilçisinin rəhbərliyinə rəsmi müraciət etmişdi. Görünür, tərəflər artıq bu transferlə bağlı razılığa gəliblər.
Yaxın günlərdə tərəflərin yenidən görüşüb, bu keçidi tam rəsmiləşdirməsi gözlənilir.
