14 yanvar 2015 21:00
Azərbaycanın Türkiyədəki bütün rəqibləri bəlli oldu
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının Türkiyədəki təlim-məşq toplanışı zamanı qarşılaşacağı rəqiblərin adları müəyyənləşib. Azerisport.az xəbər verir ki, Mirbağır İsayevin komandası yanvarın 15-də "Balkan Fənərbağça" klubunun U-17 komandası ilə üz-üzə gələcək. Həmin oyun saat 11:00-da start götürəcək.
Elə həmin gün millimiz Xorvatiyanın "Split" klubunun əsas heyəti ilə üz-üzə gələcək. Bu görüş isə saat 18:00-da başlayacaq.
Yanvarın 19-da yerli "Antalyaspor" klubunun U-21 komandası ilə üz-üzə gələcək yığmamız ayın 21-də "Muratpaşa" (U-19), 24-də də Myanmanın gənclərdən ibarət komandası ilə qarşılaşacaq.
