14 yanvar 2015 20:55
Adanasporun baş məşqçisi Neftçinin yarımmüdafiəçisini istəyir
"Rəvan"ın sabiq baş məşqçisi Güvənc Kurtar bu gün Antalyada keçirilmiş "Neftçi"nin Səudiyyə Ərəbistanı təmsilçisi "Hajer"ə qarşı yoxlama oyununu canlı izləyib. Azerisport.az xəbər verir ki, türkiyəli mütəxəssisin bu səfərində məqsəd onun bakılıların gənc yarımmüdafiəçisi Samir Məsimovun xidmətində maraqlı olmasıdır.
Qeyd edək ki, Kurtar hazırda "Adanaspor"un baş məşqçisidir. Onun komanası hazırda 17 xalla turnir cədvəlində 15-ci yerdə gedir.
