14 yanvar 2015 00:45
Qəbələnin Antalya planları dəyişdi
Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ"nin yoxlama oyunlarının təqvimində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, komanda sınaq matçlarına əvvəlcədən xəbər verildiyi kimi 22, 25 və 29 yanvar tarixlərində yox, 23, 25 və 27 yanvarda çıxacaq.
Qeyd edək ki, Roman Qriqorçukun komandası ayın 25-də Macarıstanın "Haladaş", 27-də Türkmənistanın "Altınəsr" klubu ilə qarşılaşacaq. Yanvarın 23-dəki rəqibin kim olacağı isə hələlik, dəqiqləşməyib.
