14 yanvar 2015 00:35

Kamran Ağayev: Eddi İsrafilov? O kimdir?

Azərbaycan yığmasının və "Qəbələ"nin qapıçısı Kamran Ağayevin azerisport.az saytına müsahibəsi

- Kristiano Ronaldo 2014-cü ilin ən yaxşı futbolçusu seçildi. Bu seçimlə razısınız?
- Xeyr. Məncə, bu mükafatı Manuel Noyer qazanmalı idi. O, həm il ərzində, həm də dünya çempionatında ən yaxşı olduğunu təsdiqlədi. Amma təəssüf ki, bizdə olduğu kimi, xaricdə də qapıçının ən yaxşı seçilməsi ilə hamı razılaşmır.

- Ola bilər ki, bu, bizdə yaxşı qapıçının olmamasından irəli gəlir? Yoxsa, siz Qara Qarayevin ötən ilin ən yaxşısı seçilməsi ilə razılaşmırsınız?
- Bizdə kifayət qədər qapıçı var. Qara isə ötən ilin nəticəsinə görə ən yaxşı adına layiq idi. Mən özüm də ona səs vermişdim. Ötən mövsüm Rəşad Sadıqov, Qara Qarayev, Araz Abdullayev, Səlahət Ağayev üçün yaxşı alındı. Sadıqovu mən ümumiyyətlə, Azərbaycan futbolunun korifeyi hesab edirəm.

- Hətta elə?
- Bəli. O, əla futbolçu, insan və liderdir. Onun yeganə mənfi cəhəti zədəsidir. Azarkeşlər onu 90 dəqiqə meydanda görürlər, amma əslində bu zədəyə görə nə qədər əziyyət çəkdiyini bilmirlər. Əgər onun bu zədəsi olmasaydı, daha böyük uğurlar qazanardı.

- "Qəbələ" turnir cədvəlində altıncıdır...
- Neçənci yerdə olduğumuzu bilmək üçün turnir cədvəlinə baxmağa ehtiyac yoxdur. Əgər nəticə yoxdursa, deməli, nəyisə dəyişmək, daha çox çalışmaq lazımdır. Ona görə də hazırda təlim-məşq toplanışdayıq.

- "Xəzər Lənkəran"...
- Mənim yaralı yerimdir. Komandanın hazırda bu vəziyyətdə olması çox üzücüdür. XL hər mövsüm çempionluğa oynamağa layiqdir. Lənkəran əsl futbol şəhəridir.

- Yenidən nə vaxtsa Lənkərana qayıtmağınız mümkündür?
- Hər şey ola bilər. Amma mən indi bu barədə düşünmək istəmirəm.

- Eddi İsrafilov...
- O kimdir?

- Yığmamızın Messi və Ronaldo ilə bir çempionatda oynayan üzvü...
- Ronaldoya qarşı mən də oynamışam, özü də kifayət qədər yaxşı. Amma ciddi olsaq, yığmaya faydalı olacaqsa, xoş gəlir. Ümid edirəm ki, bundan əvvəlki legionerlərdən daha faydalı olacaq.

- Nə demək istəyirsiniz?
- Yığma komandaya bəzən elə futbolçular gəlir ki, onlar burada özlərini reklam edib, klubları ilə sərfəli müqavilə imzalamaq istəyirlər. Ola bilər bu sözlər kimlər üçünsə sərt görünəcək, amma bu, acı həqiqətdir. Yerli futbolçular legionerlərdən daha çox əziyyət çəkirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.