14 yanvar 2015 00:25
Toğrul Erat Fortunada növbəti qolunu vurdu
Almaniyanın "Fortuna" klubu təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Toğrul Eratın da çıxış etdiyi Düsseldorf təmsilçisi ikinci Bundesliqanın qalan oyunlarına hazırlıq məqsədilə adaşı - Köln "Fortuna"sı ilə üz-üzə gəlib.
Oyun düsseldorfluların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Erat bu oyunda 90 dəqiqə meydanda olub. Komandasının dördüncü qolunu millimizin üzvü vurub.
