AZAL-ın qapıçısı: Moldovaya qayıtmaq haqda düşünmürəm
AZAL-ın qapıçısı Stanislav Namaşko paytaxt klubunun onunla müqaviləni ləğv etməsi haqda deyilənləri təkzib edib. Azerisport.az xəbər verir ki, o, Moldova mətbuatına açıqlamasında bunları söyləyib:
"Əlbəttə, hər bir insan kimi, mən də yeni ilin əvvəlkindən daha yaxşı olacağına ümid edirəm. Yanvarın 4-dən etibarən Bakıdayam, AZAL-ın təlim-məşq toplanışında iştirak edirəm. AZAL-ın mənimlə müqaviləni ləğv etməsi barədə heç nə bilmirəm. Azərbaycandakı hava şəraiti toplanışı elə burada həyata keçirməyə imkan verir. Komandamızın hədəfi çempionatda 3-4-cü yeri tutmaqdır. AZAL yaxşı klubdur. Futbolçular, futbol oynamaq üçün hər cür şərait var. Bu komandaya keçdiyim üçün təəssüflənmirəm. Moldovaya qayıtmaq barədə də düşünmürəm. Qayıtsam da, yalnız Tiraspol klublarından birində oynayaram".
