14 yanvar 2015 00:00

Mehman Allahverdiyev: Kəpəz yenidən Premyer Liqaya qayıtmaq istəyir

"Kəpəz"in prezidenti Mehman Allahverdiyevin azerisport.az saytına müsahibəsi

- Klubunuzun işləri nə yerdədir?
- Hər şey normaldır. Komanda hələlik istirahətdədir. Yanvarın ortalarında toplaşacağıq. Dörd yoxlama oyununun keçirilməsi planlaşdırılıb.

- Geridə qalan futbol ili sizin yadınızda daha çox nə ilə yadda qaldı?
- Daha çox Gəncə futbolunun böyük futbolsuz qalması ilə. Hazırda biz sponsor axtarışındayıq. Stadionumuzu yeniləmək lazımdır. Bu il yenidənqurma işlərinə start vermək istəyirik. Yenidən Premyer Liqaya qayıtmaq istəyirik.

- Bəs bütövlükdə Azərbaycan futbolunda?
- Təbii ki, "Qarabağ"ın Avropa Liqasındakı uğurlu çıxışı. İlin sonunda hətta ölkə prezidenti İlham Əliyev də komanda üzvlərini qəbul etdi, onları mükafatlandırdı. Bu, bir daha göstərir ki, ölkə başçısı futbolumuzun inkişafını yaxından izləyir. Belə bir şərəfə daha çox komandamızın layiq görülməsini arzulayıram.

- Yəqin ki, ilin ən neqativ hadisəsi olaraq yığmamızın Xorvatiyaya 0:6 hesablı məğlubiyyətini qeyd edəcəksiniz...
- Həmin məğlubiyyət doğrudan da çox üzücü oldu. Amma daha çox "Araz Naxçıvan"ın çıxışını dayandırmasına üzüldüm.

- Buna görə çempionatımızda 9 klub qaldı. Ev oyunlarını Bakıda keçirən "Qarabağ"ı da çıxsaq, onların da sadəcə, dördü region təmsilçisidir...
- İndi çoxları regionda futbol olmadığını deyir. Amma çox şey klubların maliyyə durumundan asılıdır. Fikrimcə, yaxın gələcəkdə bölgə klublarının da vəziyyəti yaxşılaşacaq. Əlbəttə, rəqabətədavamlılıq da vacibdir. Məsələn, bu gün "Kəpəz", "Turan" kimi klublar Premyer Liqa klubları ilə rəqabət apara bilərlər. Amma istənilən halda maliyyə dayaqları lazımdır.

- Ötən il həm də Berti Foqtsun Robert Prosineçki ilə əvəzlənməsiylə nəticələndi...
- Foqtsun gedişi başadüşülən idi. Belə nəticələrdən sonra onun istefası gözlənilirdi. O, özü də bunu başa düşdü və istefa verdi, AFFA prezidenti Rövnəq Abdullayev də onu qəbul etməli oldu. Amma Prosineçki barədə hələlik, nəsə demək çətindir. Onun rəhbərliyi altında nə təlim-məşq toplanışı, nə yoxlama oyunu olub.

- İspaniyanın "Qranada" klubunun yarımmüdafiəçisi Eddi İsrafilovun Azərbaycan yığmasında oynamağa razılıq verməsini necə qarşıladınız?
- Əlbəttə, belə bir futbolçunun yığmamızda oynaması gözəl olar. Həm də azərbaycanlıdır, anası həmyerlimizdir. Bu üzdən də futbolçumuzun La Liqada oynaması ilə fəxr edə bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.