13 yanvar 2015 20:00
Almaniyalı mütəxəssis İnteri təriflədi
Almaniyanın "Enerji" klubunun baş məşqçisi Ştefan Kramer Türkiyədə Bakı "İnter"inə qarşı keçirdikləri yoxlama oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan qarşılaşmadan sonra bunları söyləyib:
"Yaxşı oyun alındı. Əsas odu ki, oyun baş tutdu. Rəqib xoşuma gəldi. Azlıqda oynasalar da, yaxşı futbol sərgilədilər. Şadam ki, məhz belə bir komanda ilə oynadıq".
