13 yanvar 2015 17:45
Sivasspor Leroy Corcu istəyir
"Qarabağ"ın daha bir futbolçusu Türkiyə klubunun maraq dairəsinə düşüb. Azerisport.az xəbər verir ki, bu, Leroy Corcdur.
Hollandiyalı futbolçu ilə qardaş ölkənin Super Liqasında çıxış edən "Sivasspor" klubu maraqlanır.
Xatırladaq ki, "Əskişəhərspor" da "Qarabağ"ın digər üzvü Muarem Muaremi heyətində görmək istəyir.
