13 yanvar 2015 18:45
İnter Almaniya klubu ilə sülh bağladı
Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün qardaş ölkədə növbəti yoxlama matçında çıxıb. Azerisport.az xəbər verir ki, "bankirlər" Antalyada Almaniyanın "Enerji Kotbus" klubu ilə qarşılaşıb.
Oyunda hesabı erkən qola imza atan komandamız açıb. Amma 26-cı dəqiqədə azlıqda qalan komanda penaltidən buraxdığı qolla üstünlüyünü əldən verib. Qalan dəqiqələrdə də hesab dəyişməyincə, qarşılaşma sülhlə başa çatıb.
Xatırladaq ki, "İnter" Türkiyədəki ilk yoxlama oyununda yerli "İnegölspor" klubuna 4:1 hesabıyla qalib gəlmişdi.
Yoxlama oyunu
13 yanvar
İnter - Enerji Kotbus - 1:1 (1:1)
Qol: Nizami Hacıyev, 4 (1:0).
