13 yanvar 2015 16:30
Klublarımızın oyunları baş tutacaq
Xəbər verdiyimiz kimi, Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan klubları Antalyada əlverişsiz hava şəraiti ilə üzləşiblər. Azerisport.az xəbər verir ki, bu səbəbdən bu gün yoxlama oyunu keçirməyi planlaşdıran bəzi klublarımızın planlarında dəyişiklik edilməsi gözlənilirdi.
Amma son məlumatlara görə, artıq Antalyada hava şəraiti normallaşıb və yoxlama oyunlarının keçirilməsi mümkündür.
