13 yanvar 2015 16:00

Feyr-pley mükafatı FİFA könüllülərinə təqdim olundu

Yanvarın 12-də İsveçrənin Sürix şəhərində keçirilmiş FİFA Ballon d'Or 2014 tədbirində 1987-ci ildən bəri hər il müxtəlif fan-klublar, assosasiyalar və fərdi oyunçulara verilən Feyr Pley mükafatı bu dəfə FİFA könüllülərinə təqdim olunub. Azerisport.az xəbər verir ki, mükafatı təqdim edən FİFA-nın baş katibi Jerome Valcke çıxışında deyib:

“Qürur hissi ilə bildirmək istərdim ki, minlərlə könüllülər bizim üçün örnəkdir. Onlar öz vaxtlarını və enerjilərini sərf edərək bizə Dünya Çempionatlarını daha da yaxşı keçirmək üçün kömək edirlər. Könüllülər bizim turnirlərə həvəs və hərarət qatırlar. Onlar turnirlərimizə xüsusi töhfə verirlər və bu ruhlandırıcı şəxslər olmasa, biz tədbirlərimizi dünyaya istədiyimiz kimi sərgiləyə bilməzdik”.

Xatırladaq ki, 2011-ci ildən başlayaraq AFFA-nın Könüllülük Proqramı həyata keçirilməkdədir. Ölkəmizdə futbol sahəsində könüllülüklə bağlı indiyə qədər keçirilmiş ən irihəcmli tədbir FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012 olub. Çempionat ərzində 14 bölmədə 1100-dən çox könüllü iştirak edib. Beynəlxalq səviyyədə futbol könüllülüyünün inkişafına töhfə olaraq 2014-cü ilin mayında AFFA-nın təşkilatçılığı ilə 8 xarici ölkəni təmsil edən beynəlxalq səviyyəli spikerlərin iştirakı etdiyi Beynəlxalq Futbol Könüllülüyü Forumu keçirilib. (AFFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.