13 yanvar 2015 15:45

Davron Erqaşev: Azərbaycanda ispan futbolu oynanılır

Türkmənistan yığmasının və Qazaxıstanın "Jetısu" klubunun müdafiəçisi Davron Erqaşev Azərbaycandakı çıxışından, "Qəbələ"dən danışıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- "Jetısu"ya qayıtmaq variantı necə yarandı?
- Mənim "Qəbələ" ilə yarım illik müqaviləm var idi. Azərbaycan klubu ilə müqaviləm başa çatmaq üzrə olarkən "Jetısu"dan mənə tez-tez zəng gəlməyə başladı. Onlar məni geri çağırırdılar. Mən də bu təklifi qəbul etməyə qərar verdim. Çünki əvvəl də bu komandada oynamışdım. Burada çox yaxşı şərait var, uşaqlarla, məşqçilərlə yaxşı tanışam. Ona görə də geri qayıtmağa qərar verdim.

- "Qəbələ"də, Azərbaycanda keçirdiyiniz zamanı necə dəyərləndirə bilərsiniz?
- Azərbaycanın yaxşı çempionatı var. Azərbaycan və Qazaxıstana çempionatları arasında fərq ondadır ki, burada güc futboluna üstünlük verilir. Azərbaycan çempionatında isə texnikalı futbola üstünlük verilir. Belə demək mümkünsə, Qazaxıstanda İngiltərə, Azərbaycanda İspaniya futbolu oynanılır.

- Azərbaycan futboluna tez uyğunlaşa bildiniz?
- Ötən mövsüm "Jetısu"da bütün mövsümü oynamışdım. Sonra "Qəbələ"yə yollandım. Həmin vaxt Azərbaycan çempionatında ikinci dövrə oynanılırdı. İlk dövrədən sonra bu komanda birinci yerdə gedirdi. Əlbəttə, əvvəllər mənə bir qədər çətin idi. Amma sonradan hər şeyə alışdım, uyğunlaşdım və əksər oyunlarda meydana çıxdım.

- "Qəbələ"də Yuri Syominin rəhbərliyi altında oynamısınız. Bu barədə nə deyə bilərsiniz?
- Çox yaxşı mütəxəssisdir. Mən ondan çox şey öyrəndim. Maraqlı məşqləri var idi. Taktika üzərində daha çox çalışırdı. Çox yaxşı məşqçidir. Şadam ki, elə bir mütəxəssislə birgə çalışmaq şansı qazandım.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.