13 yanvar 2015 14:30
Xəzər Lənkəranın oyunçusu Braziliya klubuna keçə bilər
"Xəzər Lənkəran"ın müdafiəçisi Tyeqo Braziliyaya qayıda bilər. Azerisport.az xəbər verir ki, onunla bu ölkənin B Seriyasında çıxış edən "Çapkoense" klubu maraqlanır.
Yaxın günlərdə iki klub arasında sözügedən futbolçunun keçidi ilə bağlı razılıq əldə olunması gözlənilir.
