13 yanvar 2015 14:15
Lansın prezidenti yenidən Bakıya gəldi
Fransanın "Lans" klubunun prezidenti Jerve Martel yenidən Azərbaycana səfər edib. Azerisport.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Martel bazar günü Bakıya gəlib. O, bu səfər çərçivəsində bir sıra görüşlər keçirəcək, Azərbaycandan alınacaq titul sponsorluğu müqabilindəki pulun tam ödənilməsinə nail olmağa çalışacaq.
