13 yanvar 2015 13:45
Ridinq Bakının müdafiəçisini transfer edə bilmir
İngiltərənin "Ridinq" klubu "Bakı"nın futbolçusu Yure Travneri heyətinə qata bilmir. Azerisport.az xəbər verir ki, sloveniyalı futbolçu artıq iki aydan çoxdur ki, bu komandanın heyətində məşq edir.
Amma ingilislər onunla rəsmi müqavilə imzalaya, xidmətindən yararalana bilmirlər. Buna da səbəb Travnerin "Bakı" ilə müqaviləsinin olmasıdır.
"Ridinq" rəhbərliyi isə müdafiəçinin transferini bu qış rəsmiləşdirmək istəyirlər. Buna görə onların tezliklə "Bakı" ilə danışıqlara başlaması gözlənilir.
