13 yanvar 2015 12:15
Azərbaycan klublarının Antalyadakı yoxlama oyunları ləğv olundu
Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan klublarının bəzisi bu gün Antalyada yoxlama oyunu keçirməliydi. Azerisport.az xəbər verir ki, həmin oyunlar ləğv olunub.
Buna səbəb hazırda Antalyada kəskin hava şəraitinin hökm sürməsidir. Sözügedən bölgədə güclü qasırğa olduğundan böyük ehtimalla planlaşdırılan yoxlama oyunları da keçirilməyəcək.
