13 yanvar 2015 11:45

"Roman Qriqorçuk gənclərə xüsusi diqqət yetirir"

Qış fasiləsində hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ”nin təlim-məşq toplanışında klubun futbol akademiyasının 5 yetirməsi də iştirak edir. Azerisport.az xəbər verir ki, onlardan biri Elnur Mustafazadədir ki, bu il 20 yaşını qeyd edəcək yarımmüdafiəçi artıq klubun tarixinə düşməyi bacarıb.

Belə ki, o, “Qəbələ”nin tarixində rəsmi matçlarda meydana çıxan ən gənc futbolçudur. 2011/12 mövsümündə 2012-ci il aprelin 29-da “Bakı” ilə ev matçının (4:0) 73-cü dəqiqəsində Dodonu əvəzləyən yarımmüdafiəçi 16 yaş 7 ay 25 günlüyündə əsas komandada debüt etmişdi:

“Hələ 2012-ci ildə 16 yaşım olanda “Qəbələ”nin əsas heyətinə cəlb olunmuşdum. Onda komandanın baş məşqçisi Fatih Kavlak idi. Ondan sonra əsas komandadan ayrı düşsəm də, məşqlərdə çalışıb, əvəzedici və U-19 komandasının oyunlarında özümü yaxşı tərəfdən göstərməyə çalışırdım. İnanırdım ki, yenidən əsas komandaya qayıdacağam. Qış təlim-məşq toplanışı öncəsi məşqçimiz dedi ki, əvəzedici heyətin 5 üzvü də əsas komandanın hazırlıqlarına qatılacaq. Özümə güvəndiyimdən bu oyunçular arasında yer alacağımı bilirdim”.

Debüt oyunundan sonra əsas komandada oynamaq imkanı qazanmayan Mustafazadə yenidən “qırmızı-qaralar”ın uğurları üçün çalışmağa hazırdır. Əvəzedici heyətdə göstərdiyi oyunla özünü yaxşı tərəfdən göstərən futbolçu əsas komandada möhkəmlənməyinin özündən asılı olduğunu da yaxşı başa düşür:

“Əsas komandada möhkəmlənməyim özümdən asılıdır. Özümü yaxşı tərəfdən göstərsəm, burada qala bilərəm. Bunun üçün də əlimdən gələni edəcəyəm. Çox istəyirəm ki, “Qəbələ”nin uğur qazanması üçün çalışmaq imkanı əldə edim. Əsas komandada özümü rahat hiss edirəm, heç bir çətinlik yoxdur. Çünki gənclərin hamısı akademiyadan tanıdığım futbolçulardır. Daha təcrübəlilər isə biz gənclərə dəstək olur, kömək edirlər. Yeni baş məşqçimiz Roman Qriqorçuk haqda yalnız onu deyə bilərəm ki, gənclərə xüsusi diqqət yetirir. Bizim çalışmaları izləyir, hər səhvimizi, çatışmazlığı deyir, bunu aradan qaldırmaq üçün məsləhətləri ilə bizə dəstək olur”.

Qeyd edək ki, Elnur əvəzedicilərin çempionatında mövsümün ilk yarısında 8 oyun keçirib, 3 qol vurub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.