Rəşad Sadıqov dünyanın ən yaxşı futbolçusunu düzgün təxmin edib
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov 2014-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adını düzgün təxmin edib. Azerisport.az xəbər verir ki, "Qızıl top" səsverməsində millimizin müdafiəçisi məhz Portuqaliya yığmasının və İspaniya "Real"ının ulduzu Kristiano Ronaldoya səs veribmiş.
O, ikinci yeri Almaniya yığmasının və "Bavariya"nın qapıçısı Manuel Noyerə, üçüncü yeri isə Hollandiya yığmasının və "Bavariya"nın yarımmüdafiəçisi Aryen Robbenə vermişdi.
Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov isə ən yaxşı adına Robbeni, ikinci yerə Argentina millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun üzvü Anxel di Mariyanı, üçüncü pilləyə isə Ronaldonu layiq görübmüş.
Qeyd edək ki, ötən gecə açıqlanan nəticələrə görə Ronaldo "Qızıl top"a sahib çıxdığı halda, Messi ikinci, Noyer üçüncü olub.
