13 yanvar 2015 00:15
Əskişəhərspor Muaremə görə Qarabağa təklif göndərdi
Türkiyənin "Əskişəhərspor" klubu Azərbaycan çempionu "Qarabağ"a təklif göndərib. Azerisport.az xəbər verir ki, qardaş ölkə təmsilçisi ağdamlıların yarımmüdafiəçisi Muarem Muaremi heyətində görmək istəyir.
Yaxın günlərdə tərəflər arasında danışıqlar başlamalıdır. Amma Ağdam klubunun makedoniyalı futbolçusunu buraxıb-buraxmayacağı dəqiq deyil.
