13 yanvar 2015 00:05

Zabit Səmədov: Türkiyədə yerli idmançıya qarşı mübarizə aparmaq asan deyil

Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov azerisport.az saytına müsahibəsində 2014-cü ilin yekunları barədə danışıb. Məşhur idmançımız ötən ili karyerası üçün müsbət qiymətləndirib:

"2014-cü il karyeramda yaxşı və müəyyən mənada pis izlər qoydu. İl ərzində 3 görüş keçirdim. Hər üç görüşdə qələbə qazandım. İl ərzində daha çox görüş keçirə bilərdim. Təkliflər olsa da, zədəm buna imkan vermədi. Bir müddət zədəli olduğum üçün özümü qorumağa məcbur oldum. Bununla belə 2014-cü ili karyeram üçün müsbət qiymətləndirirəm. Ümid edirəm 2015-cü il daha uğurlu olacaq".

2014-cü ildə keçirdiyi görüşləri yada salan Səmədov hər birinə yaxşı hazırlaşdığını bildirdi: "Əvvəlcə Qroznıda alman Stefan Lekoya qarşı mübarizə apardım. Ardınca isə Dubay və Tokioda çətin görüşlərim oldu. Dubaydakı turnirdən əvvəl zədə alsam da, sona qədər döyüşdüm. Zədə istədiyim döyüşü göstərməyə imkan verməsə də, rəqibə qələbə qazanmağa imkan vermədim. Yaponiyadakı görüşlə bağlı uzun müddət təkliflər var idi. Sadəcə, dekabrdakı görüşə razılıq verdim".

2015-cü ildə Zabit Səmədovun ilk sınağı Türkiyədə olacaq. Fevralın 28-də Səmədov türk idmançısı Mert Akına qarşı mübarizə aparacaq. Təmsilçimiz rəqibi belə xarakterizə etdi: "Türkiyədə yerli idmançıya qarşı mübarizə aparmaq asan deyil. Doğma azarkeşlər hər zaman yerli idmançını dəstəkləyir. Digər maraqlı məqam bizim çəkilərimizdə olan fərqdir. Mert Akın gənc idmançıdır, özü də 120 kq-dır. Mənim çəkim isə 93 kq-a yaxındır. Hazırda bərpa məşqlərindəyəm. Təxminən 1 həftə sonra döyüşə hazırlığa başlayacağam".

2015-ci ildəki döyüşləri barədə hələlik danışmayan Zabit Səmədov gələcəkdə Azərbaycanda keçiriləcək turnirdə döyüşmək istədiyini açıqladı: "Hazırda il təzə başlayıb. Bütün fikrim Türkiyədə keçiriləcək turnirə yönəlib. Akınla görüşümüz gecənin əsas döyüşüdür. Bundan sonra növbəti yarışlar haqda danışmaq olar. Gələcəkdə çox istərdim yenidən Bakıda keçiriləcək yarışda mübarizə aparım. Doğma Vətəndə rinqə çıxmaq ikiqat məsuliyyətlidir. Amma məni sevənlərin qarşısında mübarizə aparmaq istərdim".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.