12 yanvar 2015 19:40
Qəbələnin Əskişəhərsporla matçının vaxtı açıqlandı
"Qəbələ"nin Türkiyənin "Əskişəhərspor" klubuna qarşı keçirəcəyi yoxlama matçının vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, sözügedən rəqiblə görüş yanvarın 14-də keçiriləcək.
Matç Bakı vaxtı ilə 19:00-da start götürəcək.
Xatırladaq ki, Roman Qriqorçukun komandası ilə yoxlama matçında Hollandiyanın PSV klubunun ikinci heyəti ilə qarşılaşmışdı - 0:0.
