12 yanvar 2015 18:30

Mahmud Qurbanov: Eddi İsrafilovun millidə əsas heyətdə oynayacağı şübhə doğurmur

Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanovun azerisport.az saytına müsahibəsi

- Robert Prosineçkinin xəstə olduğu üçün Antalyaya gec gələcəyi heç kimə sirr deyil. Bəs siz ondan göstərişləri necə alırsınız?
- Yığmanın oyunçularına baxırıq. Əsasən yoxlama oyunlarını izləyirik. Hələ hansısa nəticə çıxarmaq üçün çox tezdir. Komandaların hamısı toplanışa yenicə başlayıb.

- Kimin hansı klubun düşərgəsinə gedəcəyini öz aranızda razılaşdırırsınız?
- Prosineçki hələ burda olmadığı üçün hər kəs hansı klubun düşərgəsinə gedəcəyinə özü qərar verir. Mənim Türkiyədəki ilk baş çəkdiyim oyun "Qəbələ"nin Hollandiya PSV-sinin ikinci komandası ilə qarşılaşma oldu. Yığmamızın üzvləri hələ ideal formalarından çox uzaqdır. Amma Roman Qriqorçukun bu problemi aradan qaldıracağını düşünürəm.

- Prosineçkinin bir neçə azərbaycanlı və xorvatiyalı köməkçisi var. Aranızdakı anlaşma necədir?
- Heç bir problem yoxdur. Hamı təcrübəli insanlardır. Bir-birimizi yaxşı başa düşürük. Hamımızın bir ümumi hədəfi var - yaxşı komanda formalaşdırmaq.

- Bundan öncə almaniyalı məşqçilərlə çalışırdınız, indi isə xorvatlarla. Hansı daha çox çalışır?
- Kiminsə çalışqan və ya tənbəl olduğunu müəyyənləşdirmək fikrim yoxdur. Hamı çalışır.

- Amma kənardan xorvatların daha çalışqan olduğu görünür...
- Bunu demək əvvəlkilərə qarşı hörmətsizlik olar.

- Yəqin ki, Azərbaycan yığmasının yeni futbolçusu - Eddi İsrafilovun çıxışını izləmisiniz. Sizcə, ölkəmizdə onun kimi yarımmüdafiəçi var?
- "Qranada"nın "Kordoba"ya qarşı oyununa televizordan baxmışam. İspaniya La Liqasında oynamaq hər futbolçuya qismət olmur. Yəqin ki, mənim bu cavabımdan nə demək istədiyimi başa düşdünüz.

- Bu, İsrafilovun yığmamızda əsas heyətə düşmək şansının çox olduğunu deməyə əsas verir?
- O, gəncdir və öz oyunu sayəsində La Liqaya düşüb. Biz yerli futbolçularımızı da belə güclü birinciliklərdə görmək istərdik. Əgər o, oynamağa davam etsə, millimizdə də əsas heyətə düşəcəyinə şübhə ola bilməz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.