12 yanvar 2015 17:00
Qəbələnin portuqaliyalı forvardı Rumıniya klubunda
"Qəbələ"nin portuqaliyalı hücumçusu Yazalde Pinto Rumıniya çempionatına qayıdıb. Azerisport.az xəbər verir ki, onunla "Astra" maraqlanır.
Qeyd edək ki, Pinto "Qəbələ"yə yayda gəlmişdi. Amma o, əsas heyətdə möhkəmlənə bilmədiyi üçün komandadan uzaqlaşdırılmışdı.
