12 yanvar 2015 16:45
Amit Quluzadə oynamadı, komandası xal itirdi
Portuqaliya ikinci liqasında 22-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası "Atletiko" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Aves"lə qarşılaşıb. Oyun 1:1 hesabıyla başa çatıb. Quluzadənin adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Atletiko" hazırda 23 xalla 20-ci yerdə qərarlaşıb.
