12 yanvar 2015 15:05
Emeqara Bundesliqa klubu ilə anlaşa bilər
"Qarabağ"ın sabiq hücumçusu İnnosent Emeqara karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər. Azerisport.az xəbər verir ki, onun "Hamburq"a keçidi gündəmə gəlib.
Sözügedən komanda Emeqaranı öz heyətində görmək istəyir.
Qeyd edək ki, ötən ilin sonunda "Qarabağ"a gələn İnnosent qısa müddət Azərbaycanda çıxış etdikdən sonra ailəsinə daha yaxın olmaq üçün İsveçrəyə qayıtmışdı.
