12 yanvar 2015 14:55
Cari mövsüm üçün futbol oyun qaydaları Azərbaycan dilində
Ölkəmizdə keçirilən müxtəlif çempionatlarda iştirak edən hakimlərin nəzəri biliklərinin artırılması məqsədilə FİFA-nın 2014/2015-cü il mövsümü üçün Futbol oyun qaydaları AFFA tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib. Azerisport.az xəbər verir ki, FİFA-nın Futbol oyun qaydaları 2011-ci ildən başlayaraq hər il Azərbaycan dilinə tərcümə edilir və AFFA tərəfindən nəşr olunaraq, hakimlərə, hakim-inspektorlara, Topaz Premyer Liqası və I divizion klublarına verilir. (AFFA)
