12 yanvar 2015 13:35

Rəşad Sadiqov: İspaniya çempionatında oynayan futbolçunun bizə faydası dəyməyə bilməz

Azərbaycan yığmasının və "Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqovun azerisport.az saytına müsahibəsi

- "Xəzər Lənkəran"la yollarınızı necə ayırdınız?
- Birbaşa deyim ki, heç bir skandal olmadı (gülür). Klub büdcəsini azaltmağa və gənclərə üstünlük verməyə qərar verdi. Bunu da başa düşmək olardı.

- Amma təcrübəli oyunçuların hamısı göndərilmədi. Yoxsa, kimlər maaşının azalmasına razı idi, onlar qaldı?
- Mənə heç kim maaşımı azaltmaqla bağlı təklif etmədi. Qalan təcrübəli futbolçulara gəlincə, Rahid Əmirquliyev 8 ildir orada çıxış edir. Komandaya istənilən halda bir neçə təcrübəli futbolçu lazım idi.

- "Qəbələ" ilə niyə yarım illik müqavilə bağladınız?
- Burada ciddi heç nə yoxdur. Çempionatına sonuna bir neçə ay qalıb. Hər iki tərəf üçün bu, ən optimal variant idi. Fikrimcə, hamı razı qaldı. Gələcəkdə istəsək, müddəti uzada da bilərik.

- "Qəbələ"də vəziyyətiniz necədir?
- Hələ ki, hər şey məni qane edir. Məşqçilər korpusu ilə münasibətim yaxşıdır. Ümid edirəm ki, sonadək belə olacaq.

- Yeni komandanız turnir cədvəlində altıncıdır. Turnir vəziyyətinizi yaxşılaşdıra biləcəksiniz?
- Qarşıda 18 oyun var. Tez-tez qələbə qazana bilsək, ilk üçlüyə daha asanlıqla daxil ola bilərik. "İnter"lə "Neftçi"nin sıxışdırmaq mümkündür. Xal fərqi elə də çox deyil.

- Keçmiş komandanız "Qəbələ"ni cəmi bir xal qabaqlayır...
- Onların heyətinin zəiflədiyini nəzərə alsaq, bu komandanı keçmək tam mümkünür. Amma bizim hədəfimiz tək "Xəzər Lənkəran"ı qabaqlamaq yox, Avropa Liqasına vəsiqə qazanmaqdır.

- Bir neçə gün öncə Eddi İsrafilovun Azərbaycan yığmasında oynayacağı dəqiqləşdi. Siz bu barədə nə düşünürsünüz?
- Bu barədə mətbuatdan çox şey oxudum. Onun bu dəvəti hansı şərtlərlə qəbul etdiyini bilmirəm. Bir ara onun millidə oynamaq üçün bir milyon istədiyi bildirilirdi. Əgər doğrudan da elədirsə, belə futbolçu bizə lazım deyil. Yox, millimizdə qarşılıqsız oynayacaqsa, xoş gəlir.

- Sizcə, o, yığmamıza nə dərəcədə faydalı olacaq?
- İspaniya La Liqasında oynayan futbolçu faydasız ola bilməz. Ümid edirəm ki, onun gəlişi ilə yığmamızın nəticələri daha da yaxşılaşar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.