12 yanvar 2015 13:10
Prosineçkinin debüt oyunu hansı komandaya qarşı olacaq?
Azərbaycan yığmasının fevral ayında keçirəcəyi təlim-məşq toplanışı zamanı qarşılaşacağı rəqib demək olar ki, müəyyənləşib. Azerisport.az xəbər verir ki, millimiz böyük ehtimalla Litva yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, komandamız fevralın 21-dən 26-dək Antalyada təlim-məşq toplanışında olacaq.
Litva ilə oyun Azərbaycan millisinin yeni baş məşqçisi Robert Prosineçkinin rəhbərliyi altında ilk olacaq.
