12 yanvar 2015 12:40
İnterin Almaniya klubu ilə matçının başlama saatı müəyyənləşdi
"İnter"in Türkiyədəki təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, paytaxt klubu sabah qardaş ölkədə növbəti yoxlama oyununa çıxacaq.
Rəqib Almaniya təmsilçisi "Enerji Kottbus" klubu olacaq. Artıq bu oyunun başlama saatı da məlumdur. Belə ki, sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
