12 yanvar 2015 12:20
Millimizin sabiq hücumçusu Dinamodan ayrıldı, Qazovikə keçdi
Azərbaycan yığmasının sabiq futbolçusu Rizvan Umarov Peterburq "Dinamo"sunu tərk edib. Azerisport.az xəbər verir ki, o, Orenburq "Qazovik"inə baxışa yollanıb.
Qeyd edək ki, Umarov "Dinamo"da bu mövsüm 16 oyunda iştirak etmişdi.
Xatırladaq ki, Rizvan Azərbaycanın gənclər yığmasındakı son oyununa iki il əvvəl çıxmışdı.
