Nikolay Adam: Nəticədən razıyam
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir çərçivəsində Belarusa qarşı keçirilmiş 5-ci yer uğrunda oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin qısa müsahibə ilə tanış edir.
- Turnirin nəticəsini necə qiymətləndirirsiniz?
- 18 komanda arasında 5-ci yeri tutmağımızdan razı qaldım. Bu, bizim üçün tarixi bir gündür. Rəqiblərimizə yaxşı oyuna görə yalnız təşəkkürümü bildirə bilərəm. Futbolçulara, məşqçilər korpusuna, AFFA rəhbərliyinə də hər şeyə görə minnətdarlığımı bildirirəm. Azarkeşləri də unutmaq olmaz. Bizə dəstək olanlara təşəkkür edirəm.
- Son oyunu cəzalı olduğunuz üçün tribunadan izlədiniz. Xoşunuza gəldi?
- Özünüz də bilirsiniz ki, mənim üçün seçilən yer çox münasib idi.
- Yenidən yoxlamaq istəyirsiniz?
- Bunu hakimlərdən soruşun (gülür).
- Tolqa Şahini Ağaseyid Qasımovla niyə əvəzlədiniz?
- Artıq ikinci ildir ki, mən belə əvəzetməyə əl atıram. Taktika işə yaradı. Bizim iki əla qapıçımız var. Qasımov həmişə özünü penaltilərdə yaxşı tərəfdən göstərməyi bacarıb.
