12 yanvar 2015 00:40
Bernard Lippert: Emil Balayev Bundesliqaya tam hazır deyil
AFFA-nın texniki direktoru Bernard Lippert bəyan edib ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayev hələ Almaniyanın "Ayntraxt" klubunun heyətində Bundesliqada oynamağa tam hazır deyil. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çox şadam ki, onun keçidi nəhayət ki, baş tutdu. Amma mənə elə gəlir ki, Emil hələ Bundesliqaya tam hazır deyil. Balayev işlənməmiş almazdır. Hər şey özündən asılıdır. Onun üçün əsl sınaq isə çoxminlik azarkeş ordusuna malik stadionda oynamaq olacaq".
