12 yanvar 2015 00:30
İsrafilov oynamadı, Qranada xal qazandı
İspaniya La Liqasında 18-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası "Qranada" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Real Sosyedad"la qarşılaşıb. Oyun 1:1 hesabıyla başa çatıb. İsrafilovun adı matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Qranada" hazırda 14 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.
