11 yanvar 2015 20:50
Zamanov yığmamızın ən yaxşısı seçildi
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 5-ci yer uğrunda keçirilmiş Belarusa qarşı oyunda Azərbaycan yığmasının ən yaxşı futbolçusu bəlli olub. Azerisport.az xəbər verir ki, bu görüşün əsas vaxtı 1:1 hesabıyla başa çatıb, penalti seriyasında isə 5:4 hesabıyla üstün olan millimiz 5-ci yeri tutub.
Yığmamızın bu qarşılaşma üçün ən yaxşı futbolçusu isə Emin Zamanov seçilib.
