11 yanvar 2015 15:30
Lokomotivin hücumçusu Azərbaycanda oynamaq istəmədi
Bolqarıstanın "Lokomotiv" klubunun hücumçusu Dani Kiki Azərbaycan çempionatında oynamaqdan imtina edib. Azerisport.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Plovdiv təmsilçisinin 27 yaşlı oyunçusuna Azərbaycan klublarından biri təklif göndərib. Amma həmin klubun adı açıqlanmır. Futbolçu isə "Lokomotiv" rəhbərliyi ilə danışdıqdan sonra komandada qalmağa və Azərbaycan klubunun təklifindən imtina etməyə qərar verib.
