11 yanvar 2015 14:55

Tolqa Şahin: Yorğunluq olmasaydı, Azərbaycan millisi daha yaxşı nəticə qazanardı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının qapıçısı Tolqa Şahinin azerisport.az saytına müsahibəsi

- Komanda bu gün Valentin Qranatkin turnirində həlledici oyununa çıxacaq. Əvvəlki oyunları necə şərh edə bilərsən?
- İlk iki oyunda yaxşı təsir bağışladıq. Futbolçular yaxşı oyun sərgilədilər və qələbə qazandıq. Amma sonradan Sankt-Peterburqa uduzduq. Müəyyən yorğunluq da var idi. Əks halda daha uğurlu çıxış edə bilərdik.

- Əksəriyyət hakimlikdən narazıdır. Siz də eyni fikirdəsiniz?
- Ən çox Sankt-Peterburqla oyundakı hakimlikdən narazı qaldım. Yerli komandaya simpatiya aşkar hiss olunurdu.

- Cənubi Koreya ilə oyunda ilk dəfə meydana çıxdınız...
- Özümü göstərmək, komandama kömək etmək üçün əlimdən gələni etdim. Bir epizodda səhvim oldu. Topa çıxsam da, o, qazona dəyib trayektoriyasını dəyişdi. Meydanın vəziyyəti çox pis idi. İstənilən halda məşqçilər sağ olsunlar ki, ən yaxşı məni seçdilər.

- Qarşıda Belarusla 5-ci yer uğrunda oyun var. Bu komanda barədə nə deyə bilərsiniz?
- Yaxşı komandadır. Hücumda yaxşı təsir bağışlayırlar. Bir neçə əla futbolçusu var. Amma istənilən halda onlara qalib gələ bilərik. Sonadək mübarizə aparmağımız lazımdır.

- İlk iki oyundakı qələbədən sonra hamı sizdən finala çıxmağı gözləyirdi...
- Həmin qələbələr heç nədən xəbər vermirdi. Turnirin qalibi olmağımız üçün bütün oyunlardan qələbə ilə ayrılmağımız lazım idi. Amma 18 komanda arasında 5-ci olmaq da bizim üçün uğurlu nəticə olacaq. Çünki Azərbaycan millisi bu turnirdə belə bir nəticəyə nail ola bilməyib.

- Sizcə, finala çıxmaq üçün nə çatışmadı?
- Yorğunluq komandaya təsirini göstərdi. Məsələn, Sankt-Peterburqun istirahət üçün daha yaxşı imkanı oldu, nəinki bizim.

- AÇ-2015-in elit raundundan nə gözləyirsiniz? İngiltərə, Fransa və Danimarkadan güclü olmaq mümkündür?
- Rəqiblərimiz güclüdür. Amma biz onların hər biri ilə sonadək mübarizə aparacağıq. Artıq ilkin seçmə mərhələdə xal qazana biləcək gücdə olduğumuzu göstərmişik.

- Azərbaycan klublarına keçmək barədə düşünmürsünüz?
- Təklif olsaydı, edərdim. Amma hazırda bu barədə düşünmürəm.

- Bu yaxınlarda azərbaycanlı qapıçı Emil Balayev də Almaniyanın "Ayntraxt" klubuna keçdi. Sizcə, o, özünü bu klubda göstərə, əsas heyətdə oynaya biləcək?
- Fikrimcə, hə. Onun şansı var. Balayevin Azərbaycandan "Ayntraxt"a transfer olunması asan deyil. Həm də yaşca gəncdir. Klubda da ona böyük ümidlər bəsləyirlər. Emilə uğurlar arzulayıram. Fikrimcə, o, Bundesliqada oynaya biləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.