11 yanvar 2015 13:40
Qəbələ Diallonu bəyənmədi
"Qəbələ"nin malili hücumçu Ulissa Diallonu baxışdan keçirdiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, sözügedən futbolçu komandanın heyətində bir neçə məşqə çıxıb.
Amma Portuqaliyanın "Aruka" klubundan gələn hücumçu məşqçilər korpusunun diqqətini çəkə bilməyib. Bu üzdən də o, geri qaytarılıb.
