11 yanvar 2015 17:30
Millimiz Belarusu penaltilərlə üstələyib, 5-ci oldu
1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə sonuncu oyununu keçirib. Azerisport.az xəbər verir ki, millimiz 5-ci yer uğrunda oyunda Belarus komandası ilə qarşılaşıb.
Qarşılaşma Peterburqski İdman-Konsert Kompleksində keçirilib. Oyunda hesabı 22-ci dəqiqədə penaltidən fərqlənən millimiz açsa da, rəqib ikinci yarıda tarazlığı bərpa edib. Bu üzdən qalibi penaltilər müəyyənləşdirib. Daha dəqiq oynayan millimiz qalib gələrək turniri 5-ci yerdə başa vurub.
Valentin Qranatkinin xatirə turniri
11 yanvar
Azərbaycan - Belarus 1:1 (penaltilər - 5:4)
