11 yanvar 2015 12:10
Nazarov qol vurdu, Karlsrue qalib gəldi
Almaniyanın "Karlsrue" klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dmitri Nazarovun şərəfini qoruduğu bu komanda "Zonnenhof Qrossaşpax" ilə qarşılaşıb.
Oyun "Karlsrue"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Nazarov meydana 46-cı dəqiqədə çıxıb. Bundan 10 dəqiqə sonra isə o, oyunda hesabı bərabərləşdirən qola imza atıb.
