11 yanvar 2015 11:15
Emil Balayevli Ayntraxt Frankfurt kubokunu qazana bilmədi
Azərbaycanlı qapıçı Emil Balayevin komandası - "Ayntraxt" Frankfurt Kubokunun finalına çıxa bilməyib. Azerisport.az xəbər verir ki, həmyerlimizin komandası İsveçrənin "Qrashopper" (3:1), Almaniyanın "Darmstadt" (5:2) klublarına qalib gəlib.
Amma Almaniyanın "Qroyter Fyurs" (3:5) və "Frankfut" (0:6) komandalarına məğlubiyyət "Ayntraxt"ın finala çıxmasına mane olub. Balayev sözügedən qarşılaşmalarda forma geyinib. Komandası isə turnirdə üçüncü olub.
Turnirin qalibi "Frankfurt" olub.
