10 yanvar 2015 20:20
Roman Qriqorçuk: İşimiz çoxdur
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Hollandiyanın PSV klubunun ikinci komandasına qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o qolsuz qarşılaşmadan sonra bunları söyləyib:
"Çoxlu işimiz var. Nəsə alınır, nəsə yox. Uşaqlar çox çalışırlar. Komandaya bu oyuna görə qiymət vermək olmaz. İşləmək üçün müəyyən məlumatım var".
